13 Haziran 2016 Pazartesi

Xeyriyyəçilik nə deməkdir?

Biz qrupda 5 nəfərik.Bizə "Xeyriyyəçilik nə deməkdir?" mövzusunu araşdırıb ona aid ESSE yazmaq tapşırılmışdı.Biz də bu mövzunu araşdırdıq və aşağdakı esseni hazırldıq.
Xeyriyyəçilik dedikdə ilk öncə gözümüzün önünə Hacı Zeynalabdin Tağıyev gəlir.Tağıyev əvvəllər çox kasıb olub.O,öz zəhmətiylə pul qazanaraq torpaq sahəsi alıb və bu torpaq sahəsindən neft fantan verib.Bunun nəticəsində də Tağıyev artıq böyük bir milyonçuya çevrilib.Bundan sonra geniş ürəyə sahib olan Tağıyev əldə etdiyi gəlirlərin böyük bir hissəsini kasıblara xərcləyib,məktəblər tikdirib,zavodlar açdırıb,şollar suyunun Bakıya çəkilməsində çox böyük əmək sərf edib.



Tağıyevin həyatı və gördüyü işləri araşdırdıqda biz xeyriyyəçiliyin nə demək olduğunu daha yaxşı anlayırıq.Başa düşürükki,xeyriyyəçi olmaq üçün yalnız var-dövlət deyil,həm də böyük ürəyin olması vacibdir.